Tanınmış futbolçu matçdan əvvəl dünyasını dəyişdi

  • By admin
  • 02 Oktyabr 2017 07:40

c8c102e089d4118e3798b14c39af7c3e

Gununsesi.info xarici mətbuata xəbər verir ki, Gürcüstan təmsilçisi “Zuqudidi”nin qapıçısı Şota Maminaşvili vəfat edib.

“Çərçivə qoruyucusu” “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib.

Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, 31 yaşlı Maminaşvili Batumi “Dinamo”sundakı çıxışı ilə məşhur idi.

Gununsesi.info