Zəlzələ qurbanlarının sayı 400-ə yaxınlaşır

  • By admin
  • 02 Oktyabr 2017 07:50

meksika_earfquake_210917

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 361  nəfərə çatıb.

Təbii fəlakət nəticəsində ölənlərin sayının bundan sonra da artacağı gözlənilir. Paytaxt Mexikoda 7 mərtəbəli biznes mərkəzin dağıntıları altında qalanların axtarışı davam etdirilir. Azı 8 nəfər itkin düşmüş hesab edilir.

Bundan əvvəl zəlzələ nəticəsində 345 nəfərin öldüyü bildirilirdi. Paytaxt Mexikoda 39 yaşayış evi dağılıb, yüzlərlə ev qəzalı vəziyyətə düşüb.

Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələbaş verib.   Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Təbii fəlakət nəticəsində 4 milyon insan elektrik enerjisiz qalıb, ölkədə yüzlərlə yaşayış evi qismən və yaxud tamamilə dağılıb.

Gununsesi.info