Tanınmış iş adamı 100 kq arıqladı, bu hala düşdü - FOTO

  • By admin
  • 09 Yanvar 2018 13:42

İş dünyasının tanınmış simalarından olan mərhum Mehmet Sabançının oğlu Faruk Sabançı arıqlayıb formaya düşmək üçün 100 kq-dan keçib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, 1,5 il bundan öncə 185 kq çəkidə olan Faruk Sabançı arıqlamaq üçün mədə əməliyyatı keçirib.

Mədə əməliyyatından sonra ciddi dieta və idman nəticəsində o, istədiyi formaya nail ola bilib. 185 kq-dan 85-kq-yə düşən F.Sabançı özünü quş kimi yüngül hiss etdiyini deyib: “Sanki həyata yenidən başladım desəm yalan olmaz”.

F.Sabançı bir il öncə 185 kq çəkidə olduğu zamanın paltarlarını geyərək şəkil çəkdirib.

Gununsesi.info