Tanınmış jurnalist Almaniyadan sığınacaq aldı

  • By admin
  • 23 Yanvar 2017 11:36

cingiz

Azərbaycanın tanınmış jurnalisti Çingiz Sultanosoy Azərbaycandan köçüb. 

Gununsesi.info BakiPost.az-a istinadən xəbər verir ki, o, Almaniyaya gedib və sığınacaq almaq üçün müraciət edib. Məlumata görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına  – “kamp”a yerləşib.

Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib.

90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.

Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir.

Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.

2004 və 2009-cu illərdə «Media açarı» mükafatına layiq görülüb.

Gununsesi.info