Tanınmış müğənni və oğlu koronavirusa yoluxdu – FOTO

  • Müəllif: admin
  • 04 Aprel 2020 09:47

Amerikalı müğənni Pink və oğlu koronavirusa yoluxub.

Lenta.ru-nun məlumatına görə, bu barədə musiqiçi “Twitter” hesabında bildirib.

O və üç yaşlı oğlu Ceymson hələ iki həftə əvvəl COVID-19 simptomlarını özlərində hiss etməyə başlayıblar. Onların koronavirus testlərinin cavabları müsbət çıxıb. Bundan sonra Pinkin bütün ailəsi 14 gün karantində qalaraq, həkimlərin göstərişlərini yerinə yetiriblər.

Hazırda müğənni infeksiyadan tam sağalıb.

“Bir neçə gün öncə təkrar testdən keçdik, xoşbəxtlikdən nəticələr mənfi çıxdı”, – deyə o, bildirib.

 

https://www.instagram.com/p/B-il39tJ57d/?utm_source=ig_embed

 

Gununsesi.org