Tankın qarşısına uzanan danışdı - “Ölümü gözə almışdım...”

  • By admin
  • 19 İyul 2016 11:40

tank

 

Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı tankın qarşısına yatan bir şəxsin fotosu medianın diqqətini çəkmişdi. Hər kəsə həmin şəxsin aqibətinin necə olduğu maraqlı idi.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən bildirir ki, tankın qarşısından sağ qurtulan Metin Doğan Türkiyə mediasına hadisənin necə baş verdiyini danışıb:

“Hadisəni eşidən kimi özümü küçəyə atdım. Bir nəfərdən məni hava limanına aparmağı xahiş etdim. Oraya çatanda bütün pulumu sürücüyə verib onsuz da öləcəyim üçün bu pula ehtiyacım olmadığını düşündüm. Qəbul etmədi. Gördüyüm mənzərədən şok olmuşdum. Tankın üstünə gedib “mən türk əsgəriyəm, siz kimin əsgərisiniz?” deyə qışqırdım. Daha sonra tankın qarşısında uzandım və o durdu”.

M. Doğanın sözlərinə görə, əsgərlər ona tankın qabağından durmasa, əzəcəklərini söyləyib:

“Tank bir az da yaxınlaşdı, mən qalxmadım. Daha sonra əsgərlər “biz də sizdənik” deyən zaman ayağa durdum. Daha sonra polis olduğunu zənn etdiyim biri məndən uzaqlaşmağımı tələb etdi, mən də tankın qarşısından çəkildim. Əgər hərbi çevriliş baş tutsaydı, o anları görmək istəmirdim. Ən yaxşısı 161 nəfər kimi şəhid olmaq idi. Qiyamçıların qalib gəlməsini görməmək üçün ölümü gözə almışdım”.

Gununsesi.info