Tanrıverdi Musatafayev: “Qəzanı aradan qaldırmaq üçün səyyar laboratoriya hadisə yerinə gedib”

  • By admin
  • 21 Sentyabr 2016 13:21

tanriverdi

“Tərtərdə elektrik enerjisinin verilməsində yaranan problem yeraltı kabellrdə baş verən qəzayla bağlıdır. Yeraltı kabellərdə baş verən qəza isə həmin ötürücülərin istifadə müddətinin keçməsi və tamamilə köhnəlib sıradan çıxması nəticəsində baş verib. Bu səbəbdən də, rayon mərkəzində elektrik enerjisinin bərpa olunması üçün 2 km məsafədə tam yeni xətt çəkiləcək”.

Bu haqda Gununsesi.info-ya  Azərişıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev Tərtər rayonunda baş verən qəzanın səbəbləriyə bağlı açıqlama verərkən deyib. Onun sözlərinə görə,  yeraltı kabellərin əksəriyyti yaşayış evlərinin altından keçdiyinə görə, təmir edilməsi vaxt tələb edir: “Yeraltı kabeldə baş verən qəzanın nəticələrini aradan qaldırmaq üçün səyyar laboratoriya hadisə yerinə gedib. Həmin xətt dəyişdirilənədək elektrik enerjisinin verilməsində müəyyən çətinliklər yaşanacaq. Axşam saatlarından etibarən isə rayon mərkəzi elektrik enerjisiylə tam təmin olunacaq”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info