Tarixin illərdir axtardığı sualın cavabı tapıldı: Tutanhamonun itkin məzarından çıxan sirr – Sonunu gətirən bu olub

  • By admin
  • 16 Yanvar 2023 15:18

Öldükdə çox gənc idi. Başqası üçün qazılan bir məzara basdırıldı. Tutanhamonun itkin məzarı başqa bir məzar sayəsində qorunmuşdu.

Gənc hpkmdarın gözlənilməz ölümünün səbəbi isə nə bir savaş yarası, nə də başından aldığı zərbə idi. Müəmmalı ölümdəki “milçək” detalı isə illər sonra anlaşıldı.

Gununsesi.info xarici mətbuata istinadən həmin maraqlı yazını sizə təqdim edir.
Misir mədəniyyət tarixi memarlığı və ovsunlayıcı hökmdarları ilə əsrlərdir, sirri qorumağa davam edir.

Milladdan öncə 3050-ci ildə qurulan Antik Misirdəki hökmdarların məzarları Luksordakı Krallar Vadisində yerləşir. Dünyanın ən gözəl qadın hökmdarları olaran bilinən Nefertiti və Kleopatranın sirlərlə dolu həyatları və ölümlərinin yanında tarix səhnəsində təsirini çox böyük olmasa da, məzarının əksiksiz tapılması ilə təsirli hekayəsi ortaya çıxan uşaq Kral Tutanhamon da, əsrlər sonra hələ də maraq mövzusudur.

Öldükdə 18 yaşı olan, illərlə axtarışa baxmayaraq, məzar otağı tapılmayan gənc hökmdarın mumiyasını 4 noyabr 1922-ci ildə ingilis arxeoloq Hovard Karter tapıb.

Karterin kəşfi, eynən Tutanhaamonun ölümü kimi gözlənilməz bir anda olmuşdu. Tapılan məzar otağı daha öncə açılan başqa bir otağın altında idi. Qazıntı çalışmaları o bölgədə bir məzar otağı kəşf edildiyi üçün başqa bölgələrə daşınmışdı.

Tutanhamona bu qədər yaxınlaşılmasına baxmayaraq, tapılmamasının səbəbi isə çok keçmişə dayanırdı.

“İyirminci əsrin ən böyük arxeoloji kəşfi”

Misirdə ən müəmmalı məzar otaqları Luksordakı Krallar Vadisində yerləşdir. Vadisin quruluşsal özəllikləri səbəbi ilə bəlli aralıqlarla yaşanan su basqınları Misir tarixinin də üstündən keçir. Bu sellər və yaşanan zəlzələlər Tutanhamonun məzar otağına zərər verməsə də, mumiyanın və xəzinənin əsrlərlə gizli qalmasına səbəb oldu.

Yer altında qalmış və vaşqa bir məzarın üzərinə çökməsi ilə illərlə itkin olan otaq tapıldıqda yeni sirlərə “hamilə” idi. Əsrlərlə axtarılan Tutanhamona 1922-ci ildə “Krallar Vadisində” çatılmışdı.

XVIII Xanədanin uşaq kralı Tutanhamonun məarının ortaya çıxarılması Misir tarixçiləri və arxeoloqları tərəfindən “XX əsrin ən böyük arxeoloji kəşfi” olaraq qəbul edildi. Krallar Vadisindəki bütün məzarlar yağmalanmış xəzinələr və mumiyalar oğurlanmış, ya da zərər görmüşdü. Tutanhamonun məzaarı isə zəlzələsən sonra üstünə bir başqa məzarın çökməsi ilə bir ilkə səhnə olmuş, yağmalanmayan və əksiksiz kəşf edilən ilk məzar olmuşdu. Ancaq məzarın əsrlər boyu itkin durumda olmasının yanında bam-başqa sirləri də ortaya çıxarması arxeoloqların açıqlaya bilmədiyi suallara cavab verdi.

 

Parçalanmadan çıxarmaq mümkünsüz idi

İngilis arxeoloq Hovard Karter məzar otağını tapdıqda, hər şey əksiksiz şəkildə yerli-yerindəydi. Qızılar baha biçilməz əşyalarla dolu odada ən böyük müəmma kralın mumiyası idi. Karter necə öldüyü tam olaraq bilinməyən Tutanhamonun mumiyasının mövzunu aydınladcağını  bildiyindən,cəsədi “rezin”lə bürüdükdən sonra taxta və qızıl işlədərək hazırlanan tabutdan çıxarılmalı idi.

Ancaq “rezin” mumiyanın bədənə ciddi şəkildə yapışdığından, Karterin mumiyanı parçalanmadan çıxartması mümkünsüz idi.

 

Tanınmış arxeoloq Tutanhamonu tabutdan çıxararkən mumiyaya zərər vermək durumunda qalmış və açıqlanmayan suallarda yenilərini artırmışdı. O dönəm uşaq kralın ölüm səbəbi q

ismən açılsa da, mumiyanın parçalara ayrılması nəticəsində yaranan zərər elm adamlarının ağıllarında yeni sual işarələri buraxdı.

 

100 il sonra rentgenlə analiz etmə

Mumiyanın kəllə sümüyündə qırılan bir sümük beyin qabığına doğru içəri girmişdi. Elm adamları Tutanhamonun bir savaş arabasından yıxıldığına əmin idi. Ancaq qəzadan sonra ayaqlarındakı və belindəki yaralanmalardan başqa kəllə sümüyündə yaranan sümük qırığı mumiyanın gün üzünə çıxarılarkən yaranan hansısa bir zərərin olub-olmaması mübahisə mövzusu idi.

2022-ci ildə edilən araşdırma tam 100 il sonra mumiyanın kəllə-beyin sümüyünü rentgenlə analiz etdi.

Karterin “rezin” və tabutu bir-birindən ayırmağa çalışarkən bir zərərə səbəb olduğu üzə çıxdı. Əgər mumiyalama işi edilərkən kəllə sümüyü qırıq olsa idi, sümüklərin arasından içəriyə maye rezin sızmış olacaqdı. Ancaq kəllənin iç qismi təmiz idi. Beləcə, elm adamları Tutanhamonun ölümünə səbəb olan bir baş yaralanması olmadığını kəşəf etdilər.

 

BİR MİLÇƏK DİŞLƏMƏSİ ÖLDÜRDÜ

Qədim Misirin uşaq kralı döyüş arabasından düşdükdən sonra yatar qalmışdı. Ancaq bəxtsiz bir qəzanın ardından o dönəm yayğın olan “malyariya” virusu gənc kralı bir milçək sancması ilə tapmışdı. Dizindəki yaranın iltihabı, qana qarşıan malyariya virusu ilə birlikdə hələ 18 yaşındaykən kralın son nəfəsini verməsinə səbəb oldu.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info