Tatarıstanda yaşayış binasında partlayış olub - Fotolar

  • By admin
  • 25 Oktyabr 2021 22:16

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib.

Gununsesi. info TASS-a istinadən xəbər verir ki, qaz sızması nəticəsində 4 nəfər yaralanıb, 32 nəfər isə təxliyyə olunub. Hadisə yerinə Tatarıstanın Baş naziri Aleksey Pesoşin gəlib.

Məlumata görə, partlayış 5 mərtəbəli binanın son iki mərtəbəsində baş verib. Faktla bağlı cinayət işi açılıb. Naberejnıye Çelnıda isə fövqəladə vəziyyət elan edilib.

Gununsesi. info