Taylandda bədbəxt hadisə nəticəsində fillər ölüb

  • By admin
  • 06 Oktyabr 2019 10:56

Taylandın cənubundakı “Hao Yai” milli parkında beş yetkin fil şəlaləyə düşən fil balasının canını qurtarmaq istəyərkən ölüblər.

Gununsesi.org-un məlumatına görə, faciə oktyabrın 5-i səhər tezdən baş verib.

Milli parkın işçiləri, fillərin səsini eşidərək bir dərədə üç yaşlı boğulan fil balasını və onu xilas etməyə çalışan yetkin filləri tapıblar. Şəlalənin dibinə enərək, mühafizəçilər daha 5 boğulmuş fil tapıblar. Bir neçə saatdan sonra sağ qalan filləri iplərdən istifadə etməklə xilas etmək mümkün olub.

 

 

Gununsesi.org