Tayvanda dəhşətli qatar qəzası – VİDEO

  • By admin
  • 02 Aprel 2021 09:38

Tayvanın şərqində sərnişin qatarının qəzaya uğraması nəticəsində 40 nəfər ölüb, 61 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Taroko Express” adlı qatar Xuayalyan əyalətində dağ tunelinin girişində relsdən çıxıb.

Səkkiz vaqondan ibarət qatarda 350 sərnişin olub.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Ölü sayının artacağı istisna edilmir.

Gununsesi.info