Tayvanda dəhşətli yanğın faciəyə səbəb oldu: 7 nəfər öldü

  • By admin
  • 14 Dekabr 2019 15:25

Tayvanın cənubunda yerləşən Tainan şəhərində səhər saatlarında yaşayış binalarının birində baş verən yanğın nəticəsində 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, binadakı 46 sakinin 37-si təhlükəsiz şəkildə xilas olub, 2 nəfər pəncərədən atılarkən yüngül xəsarət alıb. Bir nəfər xəstəxanaya çatdırılarkən dünyasını dəyişib, daha 6 nəfər yanğın xidməti əməkdaşları tərəfindən içəridə ölü vəziyyətdə tapılıb.

Polisin bildirdiyinə görə, 21 yaşlı gənc könüllü təslim olaraq iki ədəd 5 litrlik qasolin qabı vasitəsilə yanğın törətdiyini etiraf edib. Əvvəllər ruhi xəstəlikdən müalicə aldığı iddia olunan həmin gənc saxlanılaraq istintaqa cəlb edilib.

Gununsesi.org