Tbilisidə cinsi azlıqların paradına icazə verilməyib

  • By admin
  • 31 May 2019 19:16

Gürcüstanın paytaxtı Tbilisidə LGBT nümayəndələrinin iyunun 18-23-də keçirmək istədikləri parada icazə verilməyib.

“Gununsesi” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-də “Tbilisi pride” təşkilatının nümayəndələri ilə keçirilən görüşdə paradın keçirilməsinin təhlükəsizlik baxımından mümkün olmadığı izah olunub.

Nazirlik cinsi azlıq nümayəndələrinə özlərini ifadə etmələri üçün digər təhlükəsiz və alternativ imkanlar təklif edib.