Ümid edirəm ki, Baş Prokurorluq jurnalistə qarşı bu qanunsuzluğu aradan qaldıracaq - VƏKİL ƏZİZ QƏNBƏROV

  • By admin
  • 31 May 2019 19:42

“Pərviz Həşimlinin ölkədən çıxışına məhdudiyyət qoyulması tam qanunsuz addımdır. Mən bu prosesdə baş redaktorun hüquqularının müdafiəsində də iştirak etmişəm.  Məhkəmə qərarı olmadan ölkədən çıxışına məhdudiyyət qoyulması ciddi qanunsuzluqdur. Mən ümid edirəm ki, Baş Prokurorluq jurnalistə qarşı bu qanunsuzluğu aradan qaldıracaq”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında vəkil Əziz Qənbərov Pərviz Həşimlinin ölkədən çıxışına qoyulan qadağa barədə danışarkən deyib.

Vəkilin sözlərinə görə, bu cür qanunsuz hallar sonradan Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın əleyhinə qərarlarla nəticələnir: “Ona görə də ölkənin imicini düşünənlər çalışmalıdır ki, vətəndaşların hüquqlarını təmin etsinlər. Ümid edirəm ki, ölkə başçısının məhkəmə-hüquq sisteminin təşviqi ilə bağlı fərmanından irəli gələrək, prokurorluq Pərviz Həşimliyə qarşı ədalətsizliyi aradan qaldıracaq”.

Qeyd edək ki, “Gəncə olayları”ilə bağlı Pərviz Həşimli Gununsesi.org saytında dərc edilən yazılara görə Bakı Şəhər Prokurorluğunda şahid qismində  dindirilib, ölkədən çıxışına məhdudiyyət qoyulub”.

 

Gununsesi.org