ABŞ dövlət katibi Almaniyada İranı müzakirə edir

  • By admin
  • 31 May 2019 19:52

Alman həmkarı Heiko Maasla birgə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo aydın edib ki, onun ölkəsi İranla biznes edən Avropa şirkətlərini ABŞ sanksiyalarından qoruyacaq INSTEX sistemi qarşısında sipər çəkməyəcək.

Bu sistem dərmanlardan tutmuş humanitar yardım xidmətlərinədək leqal bizneslə məşğul olan şirkətlərin ödəniş sistemini tənzimləməyi nəzərdə tutur.

INSTEX hələlik işlək deyil, lakin avropalılar onun yay aylarında fəaliyyətə başlayacağına ümid bəsləyirlər.

Maas deyib ki, hərçənd ki, ABŞ İranla nüvə anlaşmasını tərk edib, bu sistemin hədəfləri eyni olaraq qalır.

Pompeo Berlinə mayın əvvəlində səfər etməli idi., lakin İraqa qəfil səfər Berlinə gedişin təxirə salınmasına səbəb oldu.

Bu səfər çərçivəsində ABŞ dövlət katibi İsveçrə və Hollandiyaya gedəcək.

Daha sonra Pompeo Britaniyada rəsmi səfərdə olacaq Prezident Trampa qoşulacaq.