Tbilisidə müxalifət yenidən aksiya keçirir

  • By admin
  • 09 Noyabr 2021 22:10

“Vahid Milli Hərəkat”ın başçılıq etdiyi müxalifət partiyaları Tbilisinin mərkəzində etiraz aksiyası keçirmək üçün yenidən tərəfdarlarını toplayıb.

Gununsesi.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin ərazisi yaxınlığındakı Rustaveli prospekti bağlanıb. Parlamentin yaxınlığında keçirilən mitinqdə insanlar 3 tələb irəli sürür: Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi, onun azadlığa buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi.

“Vahid Milli Hərəkat”ın lideri Nika Meliya bildirib ki, sabah bütün Tbilisidə etiraz aksiyası keçiriləcək. Hazırda aksiya keçirənlərə siyasi liderlər və vətəndaş fəalları müraciət edir.

Gununsesi.info