Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilib

  • By admin
  • 20 Noyabr 2022 19:28

Hökumət administrasiyası yaxınlığında eks prezident Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib.

Gununsesi.info yerli KİV-ə istinadla xəbər verir ki, aksiyada Saakaşvilinin ailə üzvləri, müxtəlif partiyaların üzvləri, vətəndaş fəalları və sadə vətəndaşlar iştirak ediblər.

Mixeil Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, bugünkü mitinq insan həyatını xilas etmək üçün keçirilir.

Aksiyaya toplaşan etirazçılar bildiriblər ki, aksiyalar nəticə verənədək davam edəcək və növbəti etiraz aksiyası noyabrın 23-də, saat 18:00-da ölkə parlamenti önündə keçiriləcək.

Gununsesi.info