Teatrşünaslar Belqradda işgüzar səfərdədir

  • Müəllif: admin
  • 28 Sentyabr 2016 13:46

turizm
Beynəlxalq teatr tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin Sədri, Məryəm Əlizadə və Assosiasiyanın üzvü, İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər.
Gununsesi.info Mədəniyyət və TurizmNazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanlı teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar.
25 sentyabr -2 oktyabr tarixlərində keçiriləcən tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edir. Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və qlobal teatr: kommersiya və mədəni tələbat arasında” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Anar

Gununsesi.info