Tehranda  Dədə  Şəmşir adına  Beynəlxalq Aşıq Festivalı keçirildi - ÖZƏL FOTOLAR

  • By admin
  • 27 May 2016 15:58

Iranda tedbir 8

 

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin sədr müavini Həbib Misirovun Gununsesi.info-ya verdiyi məlumata görə, mayın 24-də aşıq Səlcuq Şahbazinin təşəbbüsü və təşkilatçılığı ilə Tehranda Dədə  Şəmşir adına  Beynəlxalq festival öz işinə başlayıb. Tədbirə Azərbaycandan, Türkiyədən, eləcə də, İranın bütün bölgələrindən – Təbriz, Həmədan, Urmiya, Miyana, Parsabad, Tehran, Mərənd, Miyandab, Nəştrud, Səhandava, Qum, Savə, Kərəc, Əhşgerd, Qəyəbaşı, Eyl Zərgərdən müxtəlif şəxslər trəşrif buyurub.  Konfrans zamanı sənətkarlarının möhtəşəm konsert proqramında ustad Dədə Şəmşirin şeirləri səsləndirilib. Tehranın Baharan Mədəniyyət Sarayında təşkil olunmuş, dörd saat davam edən sazlı-sözlü gecədə aşıq sənətinin dədəlik mərtəbəsinə ucalan sonuncu nümayəndəsi, qüdrətli saz və söz sənətkarı Dədə Şəmşirin yaradıcılığı, şeirləri xatırlanıb.

İran Aaşıqlar Birliyinin  Təbriz şöbəsinin sədri M.İ.Alışığın aparıcılıq etdiyi gecədə folklorşünas və tarixçi alimlər, şairlər, millət vəkilləri də çıxış edərək Dədə Şəmşirin aşıq sənətindəki xüsusi yerindən danışıblar. Azərbaycandan bu tədbirə dəvət almış şair, folklorşünas alim, Dədə Şəmşirin yurddaşı, əslən Kəlbəcərli Dr. Adil Cəmil öz çıxışında aşıq sənətinin hüdudsuzluğundan, türk xalqlarının ruhi-mənəvi birliyində saz-söz vəhdətinin tarixi əhəmiyyətindən söz açıb. O, tədbirin təşkil olunmasında ciddi əməyi olan İran Aşıqlar Birliyinin sədri Aşıq Səlsuc Şahbaziyə dərin ehtiram və təşəkkürünü bildirib. Tədbir zamanı 21 aşıq qrupu çıxış edib. Tədbir iştirakçılarından bəziləri “Dədə Şəmşir” diplomu ilə təltif edilib.

Mədəniyyət gecəsində ən maraqlı çixişlardan birini də «Aşıq Şəmşir» Mədəniyyət Ocağı İB-nin sədr müavini Həbib Misirov edib. O, birliyin sədri Qənbər Şəmşiroğlunun və ümumən Mədəniyyət ocağı idarə heyətinin adından bu tədbiri təşkil edən Aşıq Səlcuq Şahbaziyə, həmçinin, bütün iştirakçılara, əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.

 A.Savalan

 

Iranda tedbir 1

 

09b16aea-4a27-49f4-b818-09f335eea4d8v

 

Iranda tedbir 8

 

Iranda tedbir 2

 

Iranda tedbir 3

 

09b16aea-4a27-49f4-b818-09f335eea4d8 gfhj