Telefonda “Telegram” bağlandı - MƏHKƏMƏ QƏRARI

  • By admin
  • 13 Aprel 2018 13:15

Moskvanın Taqansk məhkəməsi Federal Təhlükəsizlik Xidmətinə istifadəçilərin ismarıclarını oxumağa imkan verən şifrələmə açarlarını təqdim etmədiyi üçün Rusiyada “Telegram” mesencerini bağlayıb.

Gununsesi.info “Mediazona”ya istinadən məlumatına görə, mesencerə giriş FTX-yə müvafiq açarlar verilənə qədər bağlı olacaq.

Tətbiqin ixtiraçısı Pavel Durovun göstərişi ilə “Telegram” nümayəndələri məhkəmədə iştirak etməyiblər.

Gununsesi.info