Telefonunu təmirə verən qadının çılpaq şəkilləri yayıldı - VİDEO

  • By admin
  • 24 İyun 2022 12:22

Telefonunu təmirə verən qadının çılpaq şəkilləri yayıldı – Usta fotoları dostlarına göndərib.

Gununsesi.info xəbər verir ki,Qananın paytaxtı Akkrada bir telefon ustası qadın müştərinin intim şəkillərini sosial şəbəkədə yayımladığı üçün 14 il həbs cəzasına məhkum edilib.

22 yaşlı Doqa adlı gənc Qanada yaşayan Livan vətəndaşından telefonunun kilidini açmaq üçün sifariş alıb. Doqa işləri başa vurduqdan sonra telefonun yaddaşının içindəkiləri gözdən keçirməyə başlayıb və sahibinin çılpaq fotosunu görüb. Daha sonra o, müştəriyə fotoşəkilləri göndərib, onu şantaj etməyə başlayıb və pul tələb edib. Qadın isə telefonunu bloklayıb. Daha sonra təqsirləndirilən şəxslər sosial şəbəkələrdə qadının intim fotolarını yayıblar.

Məhkəmə ustanı cinsi zorakılığa görə 12 il müddətinə azadlıqdan məhrum edib. Doqa intim şəkillərin razılıq olmadan dərc edilməsi ittihamına görə daha iki il həbs cəzası alıb. Qanada yeni kibertəhlükəsizlik qanununa əsasən, qisas və ya şantaj məqsədilə çılpaq fotoların yayımlanması 5 ildən 25 ilə qədər həbslə cəzalandırılır.

Gununsesi.info