“Televiziyalardan xahiş edirəm ki, məni tez-tez efirlərə çağırmasınlar” - BALOĞLAN ƏŞRƏFOV

  • Müəllif: admin
  • 28 Noyabr 2017 14:36

Əməkdar artist Baloğlan Əşrəfov maraqlı açıqlamalar edib. 

Gununsesi.info primetime.az-a istinadən xəbər verir ki, ifaçı tez-tez efirlərdə görünməsindən söz açıb:

“Televiziyalardan xahiş edirəm ki, məni tez-tez efirlərə çağırmasınlar. Çünki bir həftə ərzində ən azı 5 verilişdə qonaq olmuşam. Artıq özüm-özümə əsəbiləşirəm ki, bu qədər də olmaz”.

İfaçı səhhəti ilə bağlı da danışıb: “Səhhətim yaxşıdır. Məlum hadisədən 11 il keçib. Təbii ki, diqqət edirəm. O məsələdən sonra minlərlə toylar etmişəm. Nə qədər adama xeyir-dua vermişəm. Hər şey qaydasındadır”.

Gununsesi.info