
2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Saatlı şəhər sakinləri tutulublar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 7-də şəhər ərazisindəki evlərdən birindən 5000 manat dəyərində 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Emin Əzizov və Fərid Vəliyev tutulublar.
Bundan başqa, mayın 9-da Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birindən 1050 manat pul oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Emil Nəhmətov tutulub.
Anar
Gununsesi.info










