Telman İsmayılov azadlığa çıxmaq üçün son şansını da  İTİRDİ

  • By admin
  • 05 Oktyabr 2021 14:25

Rusiyalı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranının keçmiş sahibi Telman İsmayılovun Rusiyaya ekstradisiyası hazırlanır.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, dünən iş adamının azadlığa buraxılması üçün vəkillərin qaldırdığı vəsadət rədd edilib.

Hazırda Rusiya Baş Prokurorluğu İsmayılovun ekstradisiyası üçün Monteneqro tərəfinin tələb etdiyi sənədləri hazırlamaqla məşğuldur.

 Xatırladaq ki, 65 yaşlı iş adamı qətl sifarişində ittiham olunur.

Gununsesi.info