Terror zamanı deputatın qohumu öldü

  • By admin
  • 18 İyul 2016 17:30

qazax

 

İyulun 18-də Alamatada həyata keçirilən teroro aktın nəticəsində hakim “Nur Otan” partiyasndan olan deputat Zaureş Amanjolovanın yaxın qohumu öldürülüb. Gununsesi. info “tengrinews”-a istinadən xəbər verir ki, deputatın qohumu polisə açıqlan atəş nəticəsində dünyasını dəyişib. İyulun 18-də yerli vaxtla səhər 10.30 radələrində Almatanın Almalinskiy rayonu Polis idarəsinə və Dövlət təhlükəsizlik komitəsinin departamentinin binasına silahlı hücum olub. Atışma nəticəsində 3 polis və bir nəfər mülki vətəndaş dünyasını dəyişib. 10-a yaxın insan isə yaralanıb. Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən iki şəxs saxlanılıb. Alamatıda baş verən atışma ilə bağlı ölkə başçısının yanında Təhlükəsizlik Şurasının iclası keçrilib. Ölkə prezidenti Nursultan Nazarbayev baş verən hadisəni terror adlandırıb. N. Nazrbayev deyib ki, bu gün Almatıda terror aktı baş verib: “Təəssüflər olsun ki, yenidən qan töküldü və insan tələfatı oldu”. Terakt nəticəsində ölənlərin ailəsinə başsağlığı verən dövlət başçısı onların ailəsinə lazımı yardımı göstərməyi tapşırıb. Bununla belə prezident hüquq-mühafizə orqanlarına ölkədə təhlükəsizliyi bə qayda-qanunu təmin etmək üçün lazımi tapşırıqlarınə verib.

 

Gununsesi.info