Terrorda ölənlərin sayı 44 nəfərə çatıb

  • By admin
  • 30 İyun 2016 18:38

terror

 

İstanbulda Atatürk Hava Limanında baş verən partlayışda ölənlərin sayı artır. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürk Hava Limanında terror aktı nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Qeyd edək ki, az öncə Türkiyənin daxili işlər naziri Əfqan Ala Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirmişdi ki, terror aktı nəticəsində 43 nəfər ölüb, 94 nəfər yaralanıb. Terror aktı ilə əlaqədar 9-u Türkiyə vətəndaşı olmaqla, 13 nəfər saxlanılıb.

Gununsesi.info