Tərtərdə qumarxana aşkar edildi

  • By admin
  • 29 Noyabr 2016 15:30

qumar

Tərtər rayonunda qumarxana aşkar olunması ilə bağlı əməliyyat keçirilib. 

Gununsesi.info-nun xəbərinə  görə, Tərtər rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Yuxarı Qapanlı kəndi ərazisində kənd sakini Əbdüləli Nəcəfova məxsus çayxanada qumarxana aşkar edilib.

Çayxanada kənd sakinləri Koroğlu Əhlimanlı, Ceyhun Muxtarov və Aqil Quliyev qumar oynadıqları üçün saxlanılıblar.

Gülnaz Qənbərli

Gununsesi.info