Salyanda narkotik vasitələr yandırılaraq məhv edildi - FOTOLAR

  • Müəllif: admin
  • 29 Noyabr 2016 15:20

polis3

Salyanda narkotik vasitə yandırılıb.

Gününsəsi.info xəbər verir ki, narkotik vasitələrin yandırılması prosesində hüquq-mühafizə orqanlaının və digər aidiyyati qurumların nümayəndələri iştirak ediblər. Sənədlər əsasında narkotik maddələrin çəkisi bir-bir məlum edilərək yandırılmağa başlanıb. Ölkə qanunvericiliyinə uyğun olaraq ilin əvvəlindən indiyə kimi rayon məhkəməsinin hökmü ilə müsadirə edilmiş 30,49 qram narkotik tərkibli vasitə olan tiryək, 48,32 qram  marixuana, 2,14 qram çətənə bitkisi, 8,55 qram həşiş qətranı yandırma üsulu ilə məhv edilib. Onu da deyək ki, yandırma üsulu ilə məhv edilən maddələr narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və  məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən vətəndaşlardan götürülüb.

polis1 polis2

Gününsəsi.info