Tesla təhlükəsizlik səbəbi ilə 26 min avtomobilini geri çağırır

  • By admin
  • 19 Fevral 2022 02:25

Elektromobil istehsalçısı “Tesla” təhlükəsizlik səbəbi ilə Çin bazarından 26 mindən çox avtomobili geri çağırmaq qərarına gəlib.

Bu barədə cümə günü Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadən Sinxua agentliyi məlumat yayıb.

Tənzimləyicinin bəyanatında deyilir ki, “Tesla”nın Şanxay filialının təşəbbüsü ilə geri çağırılma kampaniyası 28 dekabr 2020-ci il və 15 yanvar 2022-ci il tarixləri arasında istehsal edilmiş 12 min “Tesla Model 3” və 14 min “Model Y” elektrik avtomobilinə şamil edilir.

“Tesla” aydınlaşdırıb ki, kampaniya elektrik avtomobillərində istilik nasosunda yaranmış nasazlıqla bağlıdır ki, bu da avtomobilin istismarı zamanı potensial təhlükəli vəziyyət yarada bilər.

Şirkət avtomobillərdə olan qüsurları pulsuz aradan qaldıracağını vəd edib.

 

 

Gununsesi.info