Teymur Rəcəbov Dünya Kubokunun finalında

  • By admin
  • 27 Sentyabr 2019 20:18

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci görüşləri oynanılıb.

Gununsesi.org xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Şahmatçılar arasında ilk duel heç-heçə  yekunlaşsa da, Rəcəbov ikinci görüşdə qalib gələrək Dünya Kubokunun finalına yüksəlib.

 

Gununsesi.org