Teymur uğurla başladı - "Bayraqdar olmağım mənə çox böyük güc, inam verdi"

  • By admin
  • 08 Avqust 2016 11:05
teymur
Rio-2016 Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilib.
Gununsesi.info Gənclər və İdman Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, millimizin bayraqdarı – Teymur Məmmədov 81 kiloqram çəki dərəcəsində ilk görüşünə çıxıb. Onun ilk rəqibi ukraynalı Denis Solonenko olub. Mübarizəyə fəal başlayan Teymur Məmmədov ukraynalı rəqibi Denis Solonenkonu məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb. Teymur Məmmədov:
“Çox xoşbəxtəm ki, mübarizəyə uğurla başladım. Bayraqdar olmağım isə mənə çox böyük güc, inam verdi. Bu qələbəmi bütün Azərbaycan xalqıma həsr edirəm. Məni dəstəklədiyi üçün hər kəsə minnətdaram”.
teymur-1
Anar
Gununsesi.info