Tibbdə inqilab - QULAQSIZ GƏNC ANALOQU OLMAYAN ESTETİK ƏMƏLİYYAT KEÇİRİB

  • Müəllif: admin
  • 23 May 2017 10:30

01

22 il əvvəl Qaziantəpdə dünyaya gələn Ümid Gülün doğuş zamanı qulaqları olmayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülün ailəsi Ümidin müalicəsi üçün bəzi xəstəxanalara müraciət edib.

Belə ki, bir neçə dəfə əməliyyat olunan Ümidin eşitmə ilə bağlı yaranan problemi tam olaraq həll olunmayıb. Sonda Gülün ailəsi bir neçə il əvvəl Ümidin müalicəsi üçün Qaziantəp Universitetinin Tibb Fakültəsinə müraciət edib.

Qeyd edək ki, Qaziantəp Universitetinin Tibb Fakültəsinin Cərrahiyyə Elmi Şöbəsinin rəhbəri Prof. Dr. Mehmet Mutaf xəstənin anasından cərrahiyyə yolu ilə götürdüyü qığırdağı Ümidin sol qulağına tikib.

Ötən həftə isə qığırdağın üzərində qulaq seyvanı da düzəldilib. Nəticədə Ümidin sol qulağı, sağlam bir fərdin qulaq quruluşundan fərqlənmir.

Hazırda eşitmə probleminin həlli istiqamətində Ümidin müalicəsi, eləcə də sağ qulağının estetik əməliyyat olunması ücün işlər davam etdirilir.

Anar

Gununsesi.info