Ali məktəblərə sənəd verən abituriyentlərin sayı azalıb - SƏBƏB

  • Müəllif: admin
  • 23 May 2017 10:24

dovlet imtahan merkezi

Azərbaycanda bu il I-V ixtisas qrupları və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 90616 abituriyent sənəd verib.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, bu il ümumilikdə ali məktəblərə I-IV ixtisas qrupları üzrə 73676 nəfər sənəd verib. Onların 29359 nəfəri I, 20453 nəfəri II, 18739 nəfəri III, 5125 nəfəri isə IV ixtisas qrupuna ərizə verib.

Bu il I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin 61760 nəfəri iyulda keçiriləcək 2-ci qəbul imtahanlarında iştirak edəcək.

Bu il abituriyentlərin 39831 nəfəri V ixtisas qrupu üzrə ali məktəblərə, 45501 nəfəri orta ixtisas təhsili müəssisələrinə sənəd verib.

Qeyd edək ki, mayın 22-də 2-ci qəbul imtahanında iştirak etmək üçün elektron ərizə qəbulu başa çatıb.

Gununsesi.info