Ceyhun Ağayev idarə etdiyi “Mersedes” markalı avtomobilini ticarət mərkəzinin dayanacağında saxlayıb alış-verişə gedib.
Qayıdanda isə gözlərinə inanmayıb, avtomobildə olan 2500 manat nəğd pul və əl çantası naməlum oğru tərəfindən oğurlanıb. Zərərçəkmiş dərhal ərazi üzrə 10-cu Polis Bölməsinə məlumat verib. İlkin izahatı zamanı C. Ağayev bildirib ki, pullar və əl çantası avtomobilin şüşəsi sındırılmaqla oğurlanıb.
Faktla bağlı Qaradağ RPİ-də cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.













