
ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən getməyəcəyini bəyan edib.
Gununsesi.info RİA Novosti-ya istinadən xəbər verir ki, bu barədə dövlət katibi Qətərin XİN rəhbəri ilə görüşündən əvvəl deyib.
“Mənim Dövlət Departamentindən getmək niyyətim yoxdur. Hələ ki, prezident mənə etimad göstərir, vəzifəmdə qalacam”- deyə, R.Tillerson qeyd edib.
O, prezident D.Trampla yaxşı münasibətdə olduğunu da vurğulayıb.
Qeyd edək ki, iki gün əvvəl bir sıra ABŞ KİV-lərində R.Tillersonun ilin sonunadək istefa verəcəyi barədə məlumat yayılıb. Məlumata əsasən, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında ciddi fikir ayrılığı mövcuddur.
Gununsesi.info