Timsah turistlərə hücum etdi - ÖLƏN VAR

  • By admin
  • 03 Yanvar 2018 19:00

Zimbabvenin cənubundakı milli parkda timsah Con Bauman və Rozmari Mitçel adlı iki turistə hücum edib.

Gununsesi.info xəbər verir ki, onlar xəstəxanaya çatdırılsa da, kişini xilas etmək mümkün olmayıb. Qadın isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Turistlərin hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.

Gununsesi.info