Tıxacdan bezənlərə şad xəbər  — Bağlanan yolun bir hissəsi açılır

  • By admin
  • 29 İyun 2018 16:16

Bakı-Sumqayıt yolunda təmir işləri nə vaxt yekunlaşacaq? (AÇIQLAMA)

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Sabir körpüsünə qədər hissədə (Bakı-Sumqayıt yolunda) işlər yekunlaşır.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 Onun sözlərinə görə, sabahdan bu hissə istifadəyə verilir: “İstifadəyə verilən hissə sığlığı aradan qaldıracaq. Həmin hissə istifadəyə verilməklə 20 Yanvar tuneli ilə hərəkət bərpa edilir. Bundan sonra sıxlıq aradan qaldırılacaq. Tam təmir işləri isə bir həfətəyə yekunlaşacaq”.