Xalq artisti Tofiq Mirzəyevin ölüm səbəbi bilindi - YENİLƏNİB

  • Müəllif: Firuzə
  • 22 İyul 2026 09:29

 

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.

O qeyd edib ki, Xalq artisti iki ay əvvəl insult səbəbi ilə sözügedən xəstəxanaya yerləşdirilib:

“Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Araj şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır”.

***

Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, o, 94 yaşında İsraildə dünyasını dəyişib.

Aktyorun ölüm səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə “Xalq artisti” fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb.

Qeyd edək ki, Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının yaddaşında silinməz izlər qoyub.

 

Gununsesi.info