Tofiq Yaqublu azadlıqda - YENİLƏNİB

  • By admin
  • 18 Sentyabr 2020 13:11

Bakı Apellyasiya məhkəməsinə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin vəsatətinə baxılıb.

Prosesdə iştirak edən Elçin Sadıqovun Gununsesi.info-ya verdiyi xəbərə görə, vəsatət təmin edilib. Tofiq Yaqublu yaxın saatlarda evinə buraxılacaq:

“Bundan sonra onun apellyasiya şikayətinə baxış ayın 28-nə təyin edilib. Sentyabr ayının 28-də məhkəmə prossesi davam etdiriləcək. Tofiq Yaqublu məhkəməyə artıq evindən gedib gələcək”

***

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixinə təyin edilmiş apellyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib:

“İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq”.

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün Nizami Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.

Gununsesi.info