Toğrul Əsgərov Olimpiadada gümüş medal qazanıb – YENİLƏNİB

  • By admin
  • 21 Avqust 2016 21:35

togrul

“Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov Olimpiadanın son günündə mükafat uğrunda yarışa qoşulub.

Gununsesi.info xəbər verir ki, finala vəsiqə qazanan Olimpiya çempionumuz Toğrul Əsgərov qızıl medal uğrunda mübarizədə rusiyalı Soslan Ramonovla qarşılaşacaq.

Final görüşü təxminən saat 21:15- başlayacaq.

***

65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Rusiya təmsilçisi Soslan Ramonov ilə güləşib.

Bunadək bütün rəqiblərini məğlub edən Toğrul Əsgərov bu dəfə qələbə qazana bilməyib.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

Gununsesi.info