Tokayev Ərdoğanı təbrik edib

  • By admin
  • 15 May 2023 20:58

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı onu mayın 14-də keçirilən prezident seçkisinin birinci turunda liderliyi münasibətilə təbrik edib.

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazaxıstan Prezidenti Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi alyansın uğurunu da qeyd edib.

Qazaxıstan və Türkiyə liderləri iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər.

Gununsesi.info