Topbaş Yıldırıma güzəştə gedəcəkmi?

  • Müəllif: admin
  • 26 May 2017 20:25
Ömer-Faruk-Kavurmacı-Kadir-Topbaş

Kürəkəni- iş adamı Ömər Faruk Kavurmaçının “FETÖ”-çü kimi həbsə atılması (bu günlərdə isə sərbəst buraxılması), o cümlədən, 16 referendumunda ölkənin ən böyük şəhərində “Evetçi”lərin “Hayırçı”lara uduzmasından sonra İstanbul Böyükşəhər bələdiyyə başqanı, AKP-nin tanınmış simalarından olan Kadir Topbaşın başı üzərində “qara buludlar” dolaşmaqdadır.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, əgər əvvəllər (elə indinin özündə də) müxalifətin tez-tez sərt ittihamları üz-üzə qalan Topbaşa artıq hakimiyyətin-AKP-nin içindən də tənqid “oxları” uzadılmaqdadır.
Hətta, onun  “üstünün cizildiyi” xəbərləri də  mediada və siyasi kluarlarda dolaşmaqdadır.
Yəni, 2019-cu il növbəti  bələdiyyə seçkilərində onun deyil, AKP-nin sabiq genəl başqanı- baş nazir Binəli Yıldırımın hakim partiya tərəfindən İstanbul Böyükşəhər bələdiyyəsinin başqanlığına namizədliyinin irəli sürüləcəyi və dəstəklənəcəyi bildirilir.
Qeyd edək ki, bu xəbərə Yıldırım “məni məndən çox düşünənin varmış”-deyə, yayğın cavab versə də, Topbaş bir müddət susqunluq nümayiş etdirmişdi.
Ancaq görünür ki, o da geri çəkilmək fikrində deyil.
Topbaş növbəti bələdiyyə seçkilərində yenidən İstanbul Böyükşəhər bələdiyyəsi üzvlüyünə və başqanlığına namizədliyini irəli sürəcəyini bəyan edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info