“Buta Palace”ın yanında zəncirvari qəza –  Yaralılar var

  • Müəllif: admin
  • 26 May 2017 20:20

1495811410-027

 

Bakıda zəncirvari yol qəzası baş verib.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, qəza Aeroport yolunda, “Buta Palace” yaxınlığında, “Opel”, “Mercedes” və “Kia” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və yol polisləri cəlb edilib. Qəza yolda tıxaca səbəb olub. Hazırda yol polisləri tıxacın aradan qaldırılması və yolda avtomobillərin hərəkətini təmin etməyə çalışır.

 

Gununsesi.info