“Torino” futbol klubunun baş məşqçisi istefaya göndərilib

  • By admin
  • 04 Yanvar 2018 08:50

İtaliyanın “Torino” klubu baş məşqçi Sinişa Mixayloviçi istefaya göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

48 yaşlı serbiyalı mütəxəssis 2016-cı ildən kluba rəhbərlik edirdi.

Ötən axşam “Torino” İtaliya Kubokunun ¼ final matçında “Yuventus”a 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Son 17 rəsmi görüşdə “Torino” cəmi 3 qələbə qazanaraq İtaliya çempionatında 10-cu pillədə qərarlaşıb.

S.Mixayloviç müxtəlif illərdə “Sampdoriya”, “Fiorentina”, “Kataniya”, “Bolonya” klublarına və Serbiya yığmasına rəhbərlik edib.

Gununsesi.info