Tovuz rayon sakinini ilan sancıb. Gununsesi.info-nun qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini 1990-cı il təvəllüdlü Maşallah Tağıyev ilan sancma xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, M. Tağıyev su arxında olan zaman ilan onun ayağından sancıb.
Gununsesi.info