Tovuzda avtomobil qəzası - YARALILAR VAR

  • By admin
  • 25 Dekabr 2017 23:30

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, şəhərin girişində “VAZ 2106” və “KİA” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ”-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info