Səfirliklərin Qüdsə köçürülməsi ilə bağlı danışıqlar aparılır

  • By admin
  • 25 Dekabr 2017 23:05

İsrail Yerusəlimin İsrailin paytaxtı kimi tanınması və səfirliklərin Tel-Əvivdən Yerusəlimə köçürülməsinə dair 10-dan çox ölkə ilə danışıqlar aparır.

Gununsesi.info xəbər verir ki, bunu İsrail xarici işlər nazirinin müavini Sipi Xotoveli bəyan edib.

“Mən təsdiqləyə bilərəm ki, söhbət 10-dan çox ölkədən gedir. Biz hər bir ölkə ilə ayrı-ayrılıqda işləyirik. Onların arasında Avropa ölkələri də var”, deyə S.Xotoveli qeyd edib.

Gununsesi.info