Tovuzda qəza törədən sürücü ağır yaralandı  - ÖZƏL

  • By admin
  • 01 İyun 2016 10:32

QEZA

Tovuzda yol qəzası baş verib. Gununsesi.info-nun Qərb bürosu üzrə əməkdaşının verdiyi məlumata görə, hadisə mayın 31-də gecə saatlarında yaşanıb. Ağır bədən xəsarəti alan sürücü Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, 32 yaşlı sürücü Tovuz rayon sakini Fəyaz Nuriyevdir.

Qeyd edək ki,  zərərçəkən ötən axşam “VAZ 2109” markalı avtomobil idarə edərkən maşını yolun kənarındakı hasara çırpıb.  Hazırda  vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma başladılıb.