Tovuzda toyda dava düşdü: Rusiya vətəndaşı yaralandı

  • By admin
  • 09 Sentyabr 2016 22:35

tov

 

Tovuzda toyda dava zamanı Rusiya vətəndaşı döyülüb.

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb.

Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü  Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

 

Gununsesi.info