Toy vaya döndü - QUSARDA TOYDA QƏTL TÖRƏDİLDİ

  • Müəllif: admin
  • 05 İyul 2017 23:16

ambulance_tecili_tibbi8

Qusar rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xural kəndində baş verib.

Kənddə keçirilən toy məclisində aralarında yaranan  mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib.

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Gununsesi.info